Hazırda Azərbaycanda 9 şirkət "Yaşıl dəhliz"in iştirakçısıdır. Bunu Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
A.Əliyevin sözlərinə görə, iki şirkət Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) zəmanəti ilə "Yaşıl dəhliz"ə əlavə edilib: "DGK-da təcrübəli işçi qrupu yaradılıb və onlar "qara bazar"la məşğul olan bəzi sahibkarların aşkarlanması ilə məşğuldur".
Mənbə: Report.az