Azərbaycanda 70-dən çox sığorta agentinin lisenziyası ləğv edilib | Banco.az

Azərbaycanda 70-dən çox sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycanda sığorta agenti fəaliyyətinə verilmiş bəzi müddətsiz lisenziyalar ləğv edilib. Banco.az "Report"a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) məlumat yayıb. 

Sığorta nəzarəti orqanına qanunla müəyyən olunmuş formada hesabat təqdim etmədiklərinə görə Maliyyə Nazirliyinin müvafiq əmri ilə 80 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 7 aprel 2015-ci il tarixdən 3 ay müddətinə dayandırılıb. Lakin həmin 80 nəfər fiziki şəxslərdən 71 nəfərinin tələb olunan hesabatları müəyyən olunmuş müddətdə təqdim etməmələrini və bununla da lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halın aradan qaldırmadıqlarını nəzərə alaraq, “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin şəxslərə sığorta verilmiş müddətsiz lisenziyalar Nazirliyin müvafiq əmri ilə ləğv edilib.

Ən sərfəli kredit üçün müraciət et

Siyahı ilə DSNX-nin veb-saytında tanış olmaq mümkündür. 

Ən sərfəli krediti almaq üçün müraciət et