Azərbaycanda 7 sığorta şirkətinin ödənişləri 5 milyon manatdan az olub | Banco.az

Azərbaycanda 7 sığorta şirkətinin ödənişləri 5 milyon manatdan az olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı 18 sığorta şirkətinin xətti ilə 2023-cü ildə 587 milyon 325 min manat sığorta ödənişi həyata keçirilib.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu da illik müqayisədə 154 milyon 123 min manat və ya 35,6% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərindən 7-nin sığorta ödənişləri 5 milyon manatdan az olub.

Bunlar Aqrar Sığorta (4,4 milyon manat), Xalq Həyat Sığorta (3,5 milyon manat), Qala Həyat Sığorta (3,4 milyon manat), AtaSığorta (3,2 milyon manat), Bakı Sığorta (2,9 milyon manat), İpək Yolu Sığorta (620 min manat) və Meqa Həyat Sığorta (15 min manat) olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram