Azərbaycanda 6 bağlanmış banka məxsus əmlaklar hərraca çıxarılır | Banco.az

Azərbaycanda 6 bağlanmış banka məxsus əmlaklar hərraca çıxarılır

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Xammal və Əmtəə Birjası vasitəsilə ləğvedicisi olduğu "Bank Standard” QSC, “Texnika Bank”, “Zamin Bank”, “Deka Bank”, “Bank of Azərbaycan” və “Qafqaz Inkişaf Bankı” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakları 45 lot üzrə hərraca çıxarır. 

7 lot üzrə əmlak 1-ci dəfə, 17 lot üzrə əmlak 2-ci dəfə, 10 lot əmlak 3-cü dəfə, 11 lot üzrə əmlak isə 4-cü dəfə hərraca çıxarılır.

Hərrac iyulun 16-da, 30-da və avqustun 6-da, açıq formada Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 156(20A), 1933-cü məhəllə ünvanında keçiriləcək. Hərraca cıxarılan əmlakların vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80 linki vasitəsilə tanış olmaq mümkündür. 

Ən sərfəli kredit üçün müraciət et

Report.az