Azərbaycanda 5 bankın ötənilki əməliyyat xərcləri 100 milyon manatdan çoxdur | Banco.az

Azərbaycanda 5 bankın ötənilki əməliyyat xərcləri 100 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin ötənilki əməliyyat xərcləri 100 milyon manatdan çox olub.

Bunlar “Kapital Bank” (406,123 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (326,623 milyon manat), “PAŞA Bank” (228,526 milyon manat), “Unibank” (139,167 milyon manat) ASC-lər, “Access Bank” QSC-dir (110,698 milyon manat).

Qalan 21 bankdan 17-də əməliyyat xərcləri 10-80 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır.  

renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram