Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı sığorta şirkətləri tərəfindən 2025-ci ilin yanvar ayında 163 milyon 658 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvarı ilə müqayisədə 24 milyon 454 min manat və ya 17,7% çoxdur.
Hesabat dövründə 4 sığorta şirkətinin yığımları 1 milyon manatdan az olub. Bunlar AtaSığorta (977 min manat), Xalq Həyat Sığorta (844 min manat), AzSığorta (743 min manat), İpək Yolu Sığorta (424 min manat) olub.
İlk ayda Paşa Sığorta yığımlarının həcminə (69 milyon 50 min manat) görə lider olub.
Bizi sosial şəbəkələrdən izləyin!!