Azərbaycanda 3 bankın ləğvi eyni ünvanda həyata keçirilir | Banco.az

Azərbaycanda 3 bankın ləğvi eyni ünvanda həyata keçirilir

Azərbaycanın bağlanmış 3 kommersiya bankı - "Bank of Azerbaijan", "Texnikabank" və "Kredobank" ASC-lərin məcburi ləğv edilməsi "Texnikabank"ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Babək prospekti,16 ünvanındakı inzibati binada həyata keçirilir. 

Bunu "Report"a Əmanətlərin Sığortalanması Fondundan (ADİF) deyiblər.

Ən sərfəli kredit üçün müraciət et

"Hazırda həmin bina ADİF-in 2-ci ofisi kimi fəaliyyət göstərir. Bu gündən "Bank of Azerbaijan"ın əmanətçilərinə kompensasiya "Texnikabank"ın baş ofisində ödənilir", - deyə Fonddan bildiriblər.

Ən sərfəli krediti almaq üçün müraciət et