Azərbaycanda 1,8 milyon manata gəmi 2-ci dəfə hərraca çıxarılır | Banco.az

Azərbaycanda 1,8 milyon manata gəmi 2-ci dəfə hərraca çıxarılır

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 20 fevral tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, həmin gün  "B-98" layihəli "Vixr" tipli gəmi də 1,8 milyon manata hərraca çıxaracaq.

Məlumata görə, gəminin istehsal tarixi 1986-cı ildir və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə məxsusdur.

Gəminin hərracında iştirak etmək üçün ilkin qiymətin 10%-i (180 000 manat) məbləğində beh ödəmək tələb olunur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, gəmi 2-ci dəfə hərraca çıxarılır. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et