Azərbaycanda 118 sığorta vasitəçisinin lisenziyası ləğv edilib | Banco.az

Azərbaycanda 118 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) 5 fiziki şəxsə verdiyi sığorta brokeri, 18 hüquqi şəxsə və 95 fiziki şəxsə isə verdiyi sığorta agenti lisenziyalarını (ümumilikdə 118 sığorta vasitəçisi) ləğv edib.

Bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar noyabrın 30-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar qüvvəsinin dayandırılmasına əsas verən hallar aradan qaldırılmadığı üçün ləğv olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram