2019-cu ilin 10 ayı ərzində Azərbaycana 48 milyon 647 min dollar dəyərində 203 min 200 ədəd məişət kondisioneri idxal olub. Bu, indiyədək qeydə alınmış ən yüksək 11 aylıq idxaldır.
2018-ci ilin yanvar-oktyabr aylarına nisbətən məişət kondisionerinin idxalı miqdar ifadəsində 1,6 dəfə, məbləğ ifadəsində isə 53,6% artıb.
2019-cu ilin yanvar-oktyabr aylarında 6 milyon 46 min dollar dəyərində 26 min 921 ədəd məişət soyuducuları idxal edilib. Məişət soyuducularının idxalı miqdar ifadəsində 14%, məbləğ ifadəsində isə 18.3% azalıb.
2019-cu ilin yanvar-oktyabr aylarında 30 milyon 731 min dollar dəyərində 148 min 600 ədəd paltaryuyan maşınlar idxal edilib. 2018-ci ilin yanvar-oktyabr aylarına nisbətən paltaryuyan maşınların idxalı miqdar ifadəsində 10,1%, məbləğ ifadəsində isə 19,7% artıb.
marja