Azərbaycana mebel idxalı artıb | Banco.az

Azərbaycana mebel idxalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycana 19 milyon 266 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2 milyon 607 min dollar və ya 15,6% artıb.

Ötən ilin eyni dövründə ölkəyə 16 milyon 659 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, ilk 2 ayda bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,79% bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et