İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyul sayı təqdim olunub.
“İxrac İcmalı” - da məlumat verilib ki, 2019-cu ilin yanvar-iyun aylarında 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1 milyon 410,7 min və ya 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu ilin iyun ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində də artım müşahidə edilib. Belə ki, 2019-cu ilin iyun ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 115,1 milyon manat təşkil edib və ötən ilin iyun ayı ilə müqayisədə 8 faiz artıb.
Ümumilikdə isə 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 590,8 milyon manat təşkil edib.
Müqayisə üçün qeyd etək ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 325 min əcnəbi gəlmişdi. Həmin müddət ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 620,4 milyon manat təşkil etmişdi.