"Azərbaycana gələn xarici turistlərin sayı 2026-cı ilədək 4 milyona çatdırılacaq" | Banco.az

"Azərbaycana gələn xarici turistlərin sayı 2026-cı ilədək 4 milyona çatdırılacaq"

Azərbaycana gələn xarici turistlərin sayının 2026-cı ilədək 4 milyona, yerli turistlərin sayının isə 6 milyona çatdırılması planlaşdırılır.

Bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) bir illik fəaliyyətinə həsr edilmiş hesabat tədbirində çıxışı zamanı deyib.

“Koronavirus (COVID-19) pandemiyasından sonrakı dövrdə ölkəyə gələn turistlərin sayında artım müşahidə edilir. Bu ilin yanvar-avqust aylarında Azərbaycana artıq 1,344 milyon turist səfər edib", - F.Nağıyev bildirib.

Onun sözlərinə görə, qarşıdakı 4 ildə ümumi daxili məhsulda (ÜDM) turizm sektorunun payını 2019-cu ilə nisbətən 1,5 dəfə artırılması gözlənilir: "Ümumilikdə isə hər il ÜDM-də turizm sektorunun payını 20 % artırmağı düşünürük. Həmçinin turistlərin xərcləmələrinin də artaraq 10 milyard manata çatdırılması planlaşdırılır.

Bütün bunlara nail olmaq üçün ATAA-nın üzərinə də çox böyük məsuliyyət düşür. Ümid edirəm ki, biz birlikdə bu nəticələrə nail olacağıq”.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram