Azərbaycana gələn turistlərin sayı azalıb | Banco.az

Azərbaycana gələn turistlərin sayı azalıb

İranda baş verən iqtisadi krizis Azərbaycana da təsirsiz ötüşmür. Bildiyiniz kimi ölkəmizə gələn turistlərin əksər hissəsi şərq ölkələrinin vətəndaşlarıdır. Bunlar içərisində İran xüsusilə seçilir. Mədəniyyətlərarası oxşarlıq buna təsir edən əsas amillərdəndir. Lakin bu il İrandan ölkəmizə istirahət üçün gələn iranlı turistlərin sayı azalıb. Buna əsas səbəb kimi Azərbaycana səfərin baha başa gəlməsiylə əlaqədardır.

İranın Ulduz turizm şirkətinin rəhbəri Həmid Cahadinin verdiyi məlumata görə, bura gəlmək üçün minimum 500 dollar tələb olunur və ölkənin hal-hazırki vəziyyətini nəzərə alsaq hər kəsin büdcəsi buna icazə vermir. Ona görə də Azərbaycana səfər edənlərin əksəriyyəti maddi vəziyyəti daha yüksək səviyyədə olan vətəndaşlardır.

“Rəsmi məlumatlara görə keçən il Azərbaycana 360000 iranlı səfər etmişdi və bu il ölkədə devalvasiyanın olmasına, həyat səviyyəsinin aşağı düşməsinə görə bu rəqəm 40-60% azalıb. Hətta türk şirkətləri İranın bu vəziyyətini nəzərə alıb müəyyən güzəştlər təklif edirlər. Buna misal olaraq, Türkiyədə 3 gün qalan iranlı turist 4-cü gün heç bir ödəniş etmədən qalmaq haqqı qazana bilir. Amma Azərbaycanın belə güzəştləri iranlılara təklif etməsi qeyri-mümkün haldır, çünki ölkədəki 4 və 5 ulduzlu otellərin əksər hissəsi bütünlüklə bron olunur və bu da iran turoperatorları üçün çətinlik təşkil edir.” deyə şirkət rəhbəri bildirir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycana son illər Ərəbistan, İndoneziya, Pakistan, Rusiya və Avropa ölkələrindən gələn turistlərin sayı artıb. Qeyd edək ki, rəsmi mənbələrə görə, ölkədə 500 qonaq evi və 200 yeni otel istifadəyə verilməsinə baxmayaraq, yer tapmaq qeyri-mümkündür. İranlı turistlər əsasən Azərbaycanın Astara, Biləsuvar, Culfa bölgələrindən keçərək mərkəzə istirahətə gəlirlər. Gələn iranlıların çox hissəsi İsfahandan, Məşhəddən və Tehrandan ölkəmizə təşrif buyurur.

Nəcibə Yusifova, Banco.az