Azərbaycana gələn turistlərin həyat və sağlamlıqları sığortalanacaq | Banco.az

Azərbaycana gələn turistlərin həyat və sağlamlıqları sığortalanacaq

Azərbaycana gələn turistlərin həyat və sağlamlıqları sığortalanacaq.

Bu barədə Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında qeyd olunub.

Qanun layihəsində turistlərin ölkədə qarşılaşa biləcəyi potensial problemlərin qarşısının alınması və ya effektiv şəkildə aradan qaldırılması məqsədilə turistlərin hüquq və vəzifələri, onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət orqanlarının və sənaye subyektlərinin öhdəlikləri, həmçinin, həyat və sağlamlıqlarının sığortalanması məsələləri əksini tapıb.

Layihədə yerləşmə vasitələrində (mehmanxana və s.) gecələyən şəxslərin elektron qeydiyyatının aparılması məsələsi də var.

Elektron qeydiyyatının aparılması yerləşmə vasitələrində gecələyən şəxslər barədə düzgün turizm statistikasının formlaşdırılmasına, hüquq mühafizə orqanları tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədilə məlumatların operativ əldə edilməsinə, həmçinin, “kağızsız” və mərkəzləşdirilmiş elektron qeydiyyat sisteminin tətbiqi ilə qeydiyyat prosesinin asanlaşdırılmasına şərait yaradacaq.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et