“Azərbaycana gələn turistləri ölkəyə yenidən gəlməyə vadar etmək lazımdır” | Banco.az

“Azərbaycana gələn turistləri ölkəyə yenidən gəlməyə vadar etmək lazımdır”

"Bu ilin 10 ayında Azərbaycana təxminən 2,7 milyon xarici vətəndaş səfər edib. Onlar arasında ənənəvi ölkələrlə yanaşı Çin və Hindistan kimi ölkələrdən gələnlər də kifayət qədərdir. Amma turistləri ölkəyə çəlb etməklə iş bitmir, gələnləri ölkəmizə yenidən gəlməyə vadar etmək lazımdır".

Bunu “Azərbaycan Turizm Sammiti 2019” adl; tədbirdə Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev bildirib. 

Nağıyev əlavə edib ki, ötən il Azərbaycanın turizm sənayesi üçün çox yaddaqalan olub. Ölkəyə gələn xarici qonaqların sayında artım müşahidə edilib:  "Hesab edirəm ki, gələn il də bizi ciddi islahatlar gözləyir. Uğurlar çox olsa da, görüləcək işlər də çoxdur. Sağlam rəqabət mühitinin formalaşdırılmasının tərəfdarıyıq. Optimal qiymətlərin formalaşması mühüm əhəmiyyət kəsb edir”. 

Report.az