Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 4 milyard 372 milyon 230 min ABŞ dolları təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 5,5% azdır.
Hesabat dövründə ölkə iqtisadiyyatına ən çox investisiya qoyan 10 ölkə bunlar olub:
|
Ölkələr |
Məbləğ (dollar) |
|
Birləşmiş Krallıq |
1 milyard 367 milyon 949 min |
|
Türkiyə |
872 milyon 902 min |
|
Kipr |
593 milyon 017 min |
|
İran İslam Respublikası |
295 milyon 916 min |
|
Rusiya Federasiyası |
294 milyon 470 min |
|
Yaponiya |
193 milyon 852 min |
|
Macarıstan |
143 milyon 599 min |
|
Amerika Birləşmiş Ştatları |
122 milyon 591 min |
|
Norveç |
110 milyon 631 min |
|
Niderland |
100 milyon 013 min |
Bizi sosial şəbəkələrdən izləyin!!
