Azərbaycana elektromobil idxalı azalır – 3 ayda 428 ədəd | Banco.az

Azərbaycana elektromobil idxalı azalır – 3 ayda 428 ədəd

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-mart aylarında 428 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən 2 ayda ölkənin elektromobil idxalının dəyəri isə 15 milyon 557 min dollar olub. 2025-ci ilin yanvar-mart aylarında elektromobil idxalı 2024-cü ilin eyni ayları müqayisədə miqdar baxımından 402 ədəd, dəyər ifadəsində isə 19 milyon 751 min dollar və ya 55,9% azalıb.

Xatırladaq ki, 2024-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 830 ədəd, dəyəri 35,3 milyon dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram