Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana avtomobillər, əsasən, 7 ölkədən idxal edilir.
Banco.az xəbər verir ki, bu, ölkənin ən böyük banklarından biri olan ABB-nin avtomobil bazarı ilə bağlı hesabatında qeyd edilib.
Məlumata görə, bu ölkələr Çin, Almaniya, Yaponiya, Rusiya, Cənubi Koreya, Böyük Britaniya və ABŞ-dir.
Hesabatda qeyd edilib ki, 2023-cü ildə Çin və Koreya avtomobillərinin idxalı kəskin şəkildə artıb.
Bu ölkələr Azərbaycana əsas avtomobil ixracatçılarıdır və onların cəmi ixracı dövr ərzində olan ümumi avtomobil ixracının 80%-dən çoxunu təşkil edir.
Qiymətlərə gəldikdə isə əsas ixracatçılar arasında Birləşmiş Krallıq avtomobillərinin qiyməti ən yüksəkdir. Belə ki, Krallıqdan əsasən lüks avtomobillər idxal olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!