Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-iyun aylarında 371 ədəd avtobus idxal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtobusların dəyəri illik müqayisədə 37 milyon 622 min dollar və ya 2,9 dəfə artıb.
Belə ki, 371 ədəd avtobusa görə ölkədən 57 milyon 867 min ABŞ dolları valyuta çıxıb.
Qeyd edək ki, bu il ölkəyə gətirilən avtobuslar say etibarı ilə 2025-ci ilin eyni dövrünə nisbətdə 121 ədəd artıb. 2025-ci ilin ilk 6 ayında 250 ədəd avtobus idxal edilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
