Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvarında Azərbaycana 8 milyon 209 min ABŞ dolları dəyərində 3 min 332 ton ət idxal olunub.
Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 18,6%, dəyəri isə 9,7% azalıb.
Belə ki, 2025-ci ilin yanvarında Azərbaycana 9 milyon 93 min dollar dəyərində 4 min 91 ton ət idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,63%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
