Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar ayında Azərbaycan mobil internetin sürətinə görə 144 ölkə arasında 46,88 MB/S sürətlə 59-cu yerdə qərarlaşıb. Reytinqdə Azərbaycanın yeri dekabr ayı ilə müqayisədə dəyişməz qalıb.
Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 181 ölkə arasında 118-ci yerdə qərarlaşıb. Burada Azərbaycan 3 pillə geriləyib.
Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 35,29 MB/S olub.
Bizi sosial şəbəkələrdən izləyin!!