Azərbaycan xarici dövlət borcu ilə bağlı xərcləri artıracaq | Banco.az

Azərbaycan xarici dövlət borcu ilə bağlı xərcləri artıracaq

Azərbaycanın 2016-cı ildə xarici dövlət borcu üzrə ödənişlərə  948,671 mln. manatın ayrılması proqnozlaşdırılır. Bunun 214,234 mln. manatı faiz, 734,437 mln. manatı isə əsas borc üzrə ödənişlərə yönəldiləcək. 

Banco.az "Report"a istinadən xəbər verir ki, gələn il daxili dövlət borcu üzrə ödənişlər 301,065 mln. manat həcmində proqnozlaşdırlır. Bunun 43,624 mln. manatı faiz, 257,441 mln. manatı isə əsas borc üzrə ödənişlərin payına düşür.

Nəticədə, illik müqayisədə xarici dövlət borcu üzrə ödənişlərin 35%, daxili dövlət borcu üzrə isə 4,1 dəfə artacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Gələn il üçün daxili dövlət borclanmasının yuxarı həddinin 2,5 mlrd. manat, xarici dövlət borclanmasının yuxarı həddinin isə 1,5 mlrd. manat həcmində təsdiq edilməsi proqnozlaşdırılır. Nəticədə, 2015-ci il ilə müqayisədə daxili dövlət borclanmasının yuxarı həddi 67% artırılacaq, xarici borclanmanın yuxarı həddi isə sabit qalacaq.

Qeyd edək ki, 2016-cı ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 1,698 mlrd. manat məbləğində nəzərdə tutulub. Onun maliyyələşdirilməsi özəlləşdirmə və daxili və xarici borclanmadan daxilolmalar, xarici qrantlar və 2016-cı ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et