Azərbaycan xaricdən qarğıdalı alışını azaldıb | Banco.az

Azərbaycan xaricdən qarğıdalı alışını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2026-cı ilin yanvar-fevral aylarında 7 milyon 196 min ABŞ dolları dəyərində 20 min 394 ton qarğıdalı idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən qarğıdalının dəyəri 1 milyon 303 min dollar və ya 15,3%, həcmi isə 14 min 926 ton və ya 42,3% azalıb. 

Məlumata görə, ötən 2 ayda qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,28%-nə bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin eyni dövründə idxal edilən qarğıdalının dəyəri 8 milyon 499 min dollar, miqdarı isə 35 min 319 min tona bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram