Azərbaycan vətəndaşları dünyanın 72 ölkəsinə vizasız gedə bilərlər | Banco.az

Azərbaycan vətəndaşları dünyanın 72 ölkəsinə vizasız gedə bilərlər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Səyahət bir çox insan üçün əvəzolunmaz bir fəaliyyətdir. Ancaq təəssüf ki, istədiyimiz yerə istədiyimiz kimi səyahət etmək üçün iqtisadi şərait, ölkələr arasında münasibətlər, siyasi proseslər bu baxımdan çox önəmlidir. Çünki bütün bu amillər pasportumuzun bizə nə qədər səyahət azadlığı təmin edəcəyini müəyyənləşdirir. Hər il nəşr olunan Henley Pasport İndeksi bu dəfə də ən güclü passportlar siyahısını açıqlayıb.

Banco.az xəbər verir ki, dərc edilən siyahıda fərqli ölkələrin pasportları vətəndaşların vizasız səyahət edə biləcəyi istiqamətlərin sayına görə sıralanır. Dünyanın ən güclü pasportlarını müəyyən etmək üçün Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatlarından istifadə olunur.

Siyahıda Azərbaycan 71-ci yerdədir. Belə ki, vətəndaşlarımız 72 ölkəyə vizasız gedə bilərlər.

Fransa, Almaniya, İtaliya, İspaniya, Sinqapur və Yaponiya vətəndaşları isə siyahının 1-ciləridir. Bu ölkələrin vətəndaşları dünyanın 194 ölkəsinə vizasız səyahət edə bilirlər.

Ən sərfəli kredit üçün müraciət et

Siyahıda ikinci yeri Avstriya, Finlandiya, Danimarka, İrlandiya, Niderland, Lüksemburq, Cənubi Koreya və İsveç bölüşür. Bu ölkələrin pasportuna sahib olan şəxslərin 193 ölkəyə vizasız səyahət etmək şansı var.

Böyük Britaniya, Belçika və Danimarka pasportu olan insanlar 192 ölkədə viza maneələri ilə üzləşmirlər. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et