Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi (SİİN) Azərbaycana Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) iştirakçıları tərəfindən imzalanacaq TBNM-in inkişafı üzrə yenilənmiş “Yol Xəritəsi” layihəsini təqdim edib.
Sənəd Qazaxıstan və Azərbaycan Baş nazirlərinin iyun görüşünün yekunlarına dair tapşırıqları çərçivəsində hazırlanıb.
Qazaxıstanın böyük nümayəndə heyətinə rəhbərlik edən SİİN-in rəhbəri Marat Karabayev Bakıda “Yol xəritəsi” layihəsi ilə bağlı görüş zamanı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə məlumat verib.
"Bu, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Avropa və Mərkəzi Asiyanın nəqliyyat əlaqəsinə dair analitik hesabatında əks olunmuş daşımaların kompleks inkişafı üzrə tövsiyələri nəzərə alır", - məlumatda deyilir.
Qazaxıstan nümayəndə heyətinin rəhbəri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında iki ölkənin uğur və nailiyyətlərini qeyd edib. O həmçinin Xəzəryanı dövlətlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində tranzit potensialının genişləndirilməsinin prioritet olduğunu vurğulayıb.
Görüşün sonunda M.Karabayev iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin möhkəmlənəcəyinə əminliyini bildirib və həmkarını Astanada keçiriləcək 26-cı “TransLogistica Kazakhstan 2023” beynəlxalq sərgisində iştirak etməyə dəvət edib.
report
Bizi sosial şəbəkələrdən izləyin!!