Azərbaycan və Macarıstan bank sektorunda institusional əməkdaşlığı genişləndirə bilər | Banco.az

Azərbaycan və Macarıstan bank sektorunda institusional əməkdaşlığı genişləndirə bilər

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Beynəlxalq Hesablaşmalar Bankının (BIS) İsveçrənin Bazel şəhərində təşkil olunmuş 95-ci illik toplantısında iştirakı çərçivəsində Macarıstan Mərkəzi Bankının sədri Mihali Varqa ilə görüş keçirib.

T.Kazımov bunu "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, görüşdə regional iqtisadi vəziyyət və mərkəzi bankçılıq gündəmində olan mühüm məsələlər müzakirə olunub, institusional əməkdaşlığın genişləndirilməsi imkanları üzrə fikir mübadiləsi aparılıb.