Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan və İtaliya arasında bu ilin yanvar ayında ticarət dövriyyəsi 1 milyard 432 milyon 818 min dollar dəyərində olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə 933 milyon dollar və ya 2,9 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycandan İtaliyaya 1,4 milyard dollarlıq mal ixrac edilib, bu ölkədən idxal isə 38,1 milyon dollar dəyərində olub.
Bununla da İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı mövqeyini qoruyub.
Qeyd edək ki, İtaliya həmçinin Azərbaycanın ən böyük neft idxalçısıdır. Belə ki, cari ilin yanvar ayında Azərbaycan İtaliyaya 932 milyon 715 min dollar dəyərində neft satıb.
Bizi sosial şəbəkələrdən izləyin!!