Azərbaycan və Gürcüstan arasında pul köçürmələri artıb | Banco.az

Azərbaycan və Gürcüstan arasında pul köçürmələri artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 16,9 milyon ABŞ dolları köçürülüb.

Bu göstərici Gürcüstan Milli Bankının hesabatında əks olunub.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə göndərilən pul vəsaitlərinin həcmində 7 milyon dollar və yaxud 70,7% artım qeydə alınıb.

İlin ilk yarısında Gürcüstandan Azərbaycana isə 7,2 milyon ABŞ dolları pul köçürmələri həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə məbləğin həcmi 0,8 milyon ABŞ dolları və ya 12,5% artıb. 

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et