Azərbaycan və Böyük Britaniya “yaşıl enerji”yə dair konkret layihələri aktivləşdirmək istəyir | Banco.az

Azərbaycan və Böyük Britaniya “yaşıl enerji”yə dair konkret layihələri aktivləşdirmək istəyir

Azərbaycanla Böyük Britaniya arasında “yaşıl enerji” və enerji səmərəliliyi sahələrində intensiv dialoqun aparılması və konkret layihələr üzrə fəaliyyətin aktivləşdirilməsi vacibdir.

Bu barədə energetika naziri Pərviz Şahbazov ilə “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycanda səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson arasında keçirilən görüşdə deyilib.

Görüşdə iki ölkə arasında Birgə Hökumətlərarası Komissiya çərçivəsində və təmiz enerjiyə keçid sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. Tərəflər həm də “Yaşıl enerji”nin maliyyələşməsi üzrə Azərbaycan-Böyük Britaniya əməkdaşlıq perspektivlərini nəzərdən keçirib.

Nazir Böyük Britaniya ilə qlobal əhəmiyyətli enerji layihələrində sıx əməkdaşlığın mövcud olduğunu, bu illər ərzində Böyük Britaniyadan Azərbaycana 34 milyard ABŞ dolları məbləğində investisiya yatırıldığını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et