Azərbaycan və BƏƏ qarşılıqlı turist səfərlərinin artırılmasını müzakirə edib | Banco.az

Azərbaycan və BƏƏ qarşılıqlı turist səfərlərinin artırılmasını müzakirə edib

Turizm təşkilatları ilə əlaqələrin genişləndirilməsi və iki ölkə arasında qarşılıqlı turist səfərlərinin sayının artırılması məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Muhammed Al Bloşi arasında keçirilən igüzar görüşdə müzakirə olunub.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasından verilən məlumata görə, görüşdə səfir Assosiasiyanın fəaliyyəti, ölkə turizminin bərpasında və inkişafındakı rolu, quruma üzv olan şirkətlərlə əməkdaşlıq imkanları haqqında məlumatlandırılıb.

Müzakirələr zamanı Azərbaycanın turizm sektoru üçün Yaxın Şərq bazarının, xüsusi ilə Birləşmiş Ərəb Əmirlikləri istiqamətinin böyük əhəmiyyət kəsb etdiyini bildirən Göydəniz Qəhrəmanov ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üçün hər iki ölkəyə vizasız səfər etmək imkanının yaradılmasından sonra həm gəlmə,həm də getmə turizimdə müsbət irəliləyişin olacağını qeyd edib.

Uzun illərdir ölkə vətəndaşları arasında Dubay istiqamətinin məşhur olduğunu və bu şəhərə böyük sayda səfərlər təşkil edildiyini bildirən Assosiasiya sədri rəhbərlik etdiyi qurumun qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüş çərçivəsində birgə iş birliyinin yaradılması, biznes fəaliyyətinin formalaşdırılması, B2B formatlı görüşlərin keçirilməsi, tanışlıq məqsədli infoturların təşkili, təcrübə mübadiləsinin aparılması, eləcə də aviauçuşların sayının artırırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hazırda gün ərzində bir neçə dəfə olmaqla Azərbaycan Hava Yolları, Flydubai və Air Arabia Hava Yolları şirkəti Dybay və Şarja şəhərlərinə uçuşlar təşkil edir.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et