Azərbaycan və Asiya İnkişaf Bankı (AİB) arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazir Samir Şərifov AİB-in Direktorlar Şurasında Azərbaycanı təmsil edən icraçı direktor xanım Rachel Thompsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə AİB əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, o cümlədən bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr, Direktorlar Şurasında Azərbaycanın daha səmərəli şəkildə təmsilçiliyi barədə müzakirələr aparılıb.
report
Bizi sosial şəbəkələrdən izləyin!!