Azərbaycan Türkmənistan qazının beynəlxalq bazara çıxarılmasını dəstəkləyir | Banco.az

Azərbaycan Türkmənistan qazının beynəlxalq bazara çıxarılmasını dəstəkləyir

Dekabr ayında Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşündə enerji sahəsində əməkdaşlıq müzakirə olunub. Türkmənistan qazının beynəlxalq bazara çıxarılmasında əməkdaşlıq ediləcək.

Bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.O, bu sahədə əməkdaşlığın bir sıra elementlərinin olduğunu bildirib.

“Azərbaycan enerji ilə bağlı bir çox layihələrin təşəbbüskarı və iştirakçısı olub. Ancaq Türkmənistan qazı ilə bağlı danışırıqsa, Azərbaycan burada tranzit ölkə kimi çıxış edir. İşçi qrup hansı ölkənin üzərinə hansı işlərin düşdüyünü müəyyənləşdirəcək. Azərbaycan dövləti bu layihəyə müsbət yanaşır və dəstəkləyir”, - nazir qeyd edib.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et