Azərbaycan Turizm Assosiasiyası İqtisadiyyat Nazirliyinə müraciət ünvanlayıb | Banco.az

Azərbaycan Turizm Assosiasiyası İqtisadiyyat Nazirliyinə müraciət ünvanlayıb

Azərbaycan Turizm Assosiasiyası (AZTA) İqtisadiyyat Nazirliyinə müraciət ünvanlayıb.

Müraciət icazələr portalında xüsusi karantin dövründə icazə verilən sahələrə uyğun fəaliyyət növləri siyahısında “turizm” bölməsinin olmaması ilə bağlıdır.

Müraciətdə deyilir ki, Azərbaycanın turizm sektoru koronavirus pandemiyasının təsirindən ən çox əziyyət çəkən sahələrdəndir, bununla belə, hazırda daxili turizmin inkişafı, hotel biznesinin dayanaqlılığı və digər sahələrin yeni şəraitə uyğunlaşdırılması üçün təkliflər hazırlanır, müvafiq işlər görülür.

Amma turizm nümayəndələrinə xüsusi karantin dövründə hərəkət məhdudiyyətlərin tətbiq edilməsi turizm sektorunun fəaliyyətinə ciddi zərər verir, sahəni iflic vəziyyətə gətirə bilər. «İlk növbədə hotel işçilərinin hərəkətinə qoyulan məhdudiyyət ölkəmizdə qalan xarici vətəndaşlara xidmət etməyi mümkünsüz edir, turizm agentlərinin hərəkətinə tətbiq olunan məhdudiyyət müştərilərinə aviabilet və tur paketlərin geri qaytarılması və ya dəyişdirilməsi xidmətinın göstərilməsində çətinliklər yaradır»-deyə müraciətdə bildirilir.

Media qurumları ilə bərabər çalışan turizm assosiasiyalarının hərəkətinə məhdudiyyətlər isə hazırda ən vacib məqamlardan olan media və cəmiyyətə lazımı məlumatlaı çatdırılması işinə ciddi məhdudiyyətlər qoyur. «Qeyd etmək istərdik ki, Turizm Assosiasiyaları həm də nəzarət qurumlarııdır və onların fəaliyyəti, xüsusən də yeni şəraitə uyğunlaşma dövründə olduqca vacibdir. Qeyd olunanları nəzərə alaraq, Turizm sənayesinin əsas qurumlarının icazə portalına daxil edilməsi məsələsinə yenidən baxmanızı xahiş edirik» - deyə AZTA idarə heyətinin imzaladığıı müraciətdə bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et