Azərbaycan tərəvəz ixracını 6 %-ə yaxın artırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan tərəvəz ixracını 6 %-ə yaxın artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 80 milyon 416,5 min ABŞ dolları dəyərində 71 min 466,1 ton tərəvəz məhsulları ixrac edib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat  verib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə tərəvəz məhsullarının ixracının həcmi 5,8 % artıb.

İxrac olunan məhsullar arasında pomidor, xiyar, kartof, soğan, sarımsaq, yerkökü və s. üstünlük təşkil edib.