Bu ilin I rübündə Azərbaycanda 36,936 min ton tərəvəz ixrac edib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,2% çoxdur.
Son 1 ildə tərəvəz ixracından gəlir isə 14,4% artaraq 32,209 milyon ABŞ dolları təşkil edib.
Report.az