Azərbaycan təmiz enerjiyə keçidi davam etdirir - Elnur Soltanov | Banco.az

Azərbaycan təmiz enerjiyə keçidi davam etdirir - Elnur Soltanov

Azərbaycan neft və qaz ölkəsinin necə bərpa olunan enerji mənbələrinin istehsalçısına çevrildiyinin nümunəsi oldu.

Trend bazar ertəsi xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (IDD), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “BP Azerbaijan”, “Kolin”, “Мasdar” və “TotalEnergies” şirkətləri tərəfindən birgə təşkil olunan 17-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib.

"Azərbaycan özünün enerji baxımından inkişafında mühüm yol qət edib. Neft sənayesinin inkişafından başlayaraq daha sonra təbii qazdan istifadəyə keçdik. Hazırda Azərbaycan yaşıl enerjinin inkişafı üzərində çalışır", - deyə Elnur Soltanov vurğulayıb.
O Azərbaycanın bp, Masdar və digər enerji şirkətləri ilə fəal əməkdaşlıq etdiyini qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et