Azərbaycan süd məhsulları istehsalını azaldıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan süd məhsulları istehsalını azaldıb

Bu ilin I rübündə Azərbaycanda 2 min 405,9 ton qaymaq və xama istehsal edilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 % azdır.

Yanvar-mart aylarında ölkədə pendir və kəsmik istehsalı isə 1 il əvvələ nisbətən 5,5 % azalaraq 12 min 954,4 ton olub.

Aprelin 1-nə respublikada 0,2 ton qaymaq və xama ehtiyatı, 98,2 ton pendir və kəsmik ehtiyatı yaranıb.

Xatırladaq ki, 3 ayda Azərbaycanda 1 milyard 395,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 12,2 % çoxdur.