Azərbaycan sığorta bazarındakı xarici kapitala olan məhdudiyyətlər aradan qaldırılır | Banco.az

Azərbaycan sığorta bazarındakı xarici kapitala olan məhdudiyyətlər aradan qaldırılır

Maliyyə Nazirliyinin Kollegiyası sığorta şirkətlərində xarici kapitalın payı ilə bağlı qərar qəbul edib. Qərar “Sığorta fəaliyyəti haqqında” qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, nazir Samir Şərifovun iştirakı ilə qəbul olunub.

Beləliklə, qərara əsasən, bu ilin sonuna qədər ölkədə fəaliyyət göstərən bütün sığortaçıların ümumi nizamnamə kapitalında xarici kapitalın payı 50%-ə qədər ola bilər. 2015-ci ildən bu göstərici 70%-ə, 2016-cı ildən 85%-ə, 2017-ci ildən isə 100%-ə çatdırılacaq. Hazırda isə sığorta bazarında xarici kapitalın payı 4% civarındadır.
Fərdi qaydada isə istənilən sığorta şirkətinin kapitalında xarici iştirakçının payı 100% ola bilər. Bu qayda 16 mart 2008-ci ildən bəri qüvvədədir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, yeni qərarla Azərbaycanın sığorta şirkətlərindən təkcə xarici sığortaçılar deyil, ümumiyyətlə xarici fiziki və yaxud hüquqi şəxslər də pay ala biləcəklər.

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et