Azərbaycan sığorta bazarı cüzi kiçilib | Banco.az

Azərbaycan sığorta bazarı cüzi kiçilib

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandakı sığorta şirkətləri tərəfindən ümumilikdə 322,83 mln. manat həcmində sığorta haqqı toplanıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,77% azdır.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verilir.

Həmin dövr ərzində isə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi 144,009 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 20,98% artım deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Cari ilin ilk 7 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı sığorta hadisələrinin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 37 manat olub.

Mənbə: Report.az