Azərbaycan sığorta bazarı cüzi artıb | Banco.az

Azərbaycan sığorta bazarı cüzi artıb

Azərbaycan sığorta bazarı ötən ilin eyni dövrü ilə müqayisədə 0,75% artaraq cari ilin yanvar-aprel ayları ərzində 194,172 mln. manat təşkil edib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verilir.

Bu müddətdə sığorta ödənişlərinin həcmi 11,43% artaraq cari ilin ilk 4 ayı ərzində 75,319 mln. manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta yığımlarının 140,766 mln. manatı və ya 72,5%-i, ödənişlərin də 57,752 mln. manatı və ya 76,7%-i könüllü sığorta bazarının payına düşüb.

Mənbə: Report.az