Azərbaycan satınalmada "sinifdə qaldı" | Banco.az

Azərbaycan satınalmada "sinifdə qaldı"

Şərq Tərəfdaşlığı ölkələri sırasında satınalma sferasında ən aşağı şəffaflıq Azərbaycandadır.

Bu "Şəffaflıq Azərbaycan" təşkilatının Şərq Tərəfdaşlığı üzvləri - Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukraynada dövlət satınalmaları sahəsində qanunvericiliyin və onun icra vəziyyəti ilə bağlı apardığı qiymətləndirilmənin nəticələrində qeyd edilib.

Hesabata görə, bu sahədə Azərbaycan 100 ballıq şkala üzrə 50 bal toplayıb.

Ən sərfəli kredit üçün müraciət et

Ən təkmil qanunvericilik Ukrayna və Gürcüstana məxsusdur ki, həmin ölkələr 86 xal yığıb: "Azərbaycana gəldikdə isə ölkədə dövlət satınalmaları sahəsində köklü islahatlara ehtiyac var. Şəffaflıq defisiti reytinqdə Azərbaycanın ümumi nəticəsinə xüsusilə mənfi təsir göstərib və bu sahədə ölkənin mövcud qanunvericiliyi 100 baldan 9,4 balla qiymətləndirilib".

© Report