Azərbaycan sahibkarlarına bu il 133 milyon manata yaxın güzəştli kredit verilib | Banco.az

Azərbaycan sahibkarlarına bu il 133 milyon manata yaxın güzəştli kredit verilib

Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 33 sahibkarın heyvandarlıq, bağçılıq, çörək istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 538 min manat güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, layihələrin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması imkanı yaranacaq. Ümumilikdə, bu günədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7.000-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 590 milyon manatdan çox güzəştli kredit verilib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatda bildirilir ki, cari ildə ümumilikdə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 132,6 mln. manat güzəştli kredit verilib və bu investisiya layihələrinin reallaşdırılması 3.800-dək iş yerinin yaradılmasına imkan yaradacaq. Bu müddətdə verilən güzəştli kreditlərin 65 faizi ölkə regionlarının, 35 faizi isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. Kreditlərin 74,4 faizi aqrar sektorun, 25,6 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib.

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç