Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan cari ilin birinci yarısında Rusiyaya 552 milyon 322 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadn xəbər verir ki, ixracın dəyəri illik müqayisədə 170,3 milyon dollar (44,5%) artıb.
Ötən ilin eyni dövründə isə Azərbaycanın Rusiyaya qeyri-neft ixracının dəyəri 382 milyon dollar təşkil edib.
Qeyd edək ki, hazırda Rusiya Azərbaycanın əsas qeyri-neft idxalçısı, həmçinin 3-cü ən böyük ticarət tərəfdaşıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!
