Azərbaycan qlobal bankın yeni donoru oldu | Banco.az

Azərbaycan qlobal bankın yeni donoru oldu

Asiya İnkişaf Bankının (AİB) donorları bankın, Asiya İnkişaf Fondunun (AİF) və Texniki Yardım üzrə Xüsusi Fondunun (TYXF) büdcələrinə dördillik dövr üçün (2021-2024-cü illə) 4 milyard ABŞ dolları məbləğində əlavə vəsaitin ayrılmasına dair razılıq əldə ediblər.

AİB-dən verilən məlumata görə, əlavə vəsaitin 2,3 milyard dolları və ya 58%-i Azərbaycan və Filippin də daxil olmaqla 30 donor tərəfindən maliyyələşdiriləcək. Yerdə qalan 1,7 milyard dollar (vəsaitin 42%-i) isə daxili ehtiyatlardan və AİB-in xalis gəlirlərindən olan transfertlər hesabına maliyyələşəcək.

Qeyd edək ki, 2019-cu ilin may ayında baş tutan AİB-in Rəhbərlər Şurasının 52-ci İllik Toplantısında Departamentinin rəhbəri Verner Lipax və Azərbaycanı bankın İdarə Heyətində təmsil edən avstraliyalı icraçı direktor Toni Makdonald ölkə rəhbərliyinin tapşırığına əsasən Azərbaycanın beynəlxalq maliyyə təşkilatlarının proqramlarında, o cümlədən AİB-in Asiya İnkişaf Fondunda donor ölkə qismində iştirak edəcəyini bəyan etmişdi.

Bundan əlavə, 2019-cu ilin dekabr ayında Azərbaycanın Maliyyə naziri Samir Şərifov Azərbaycan-AİB əməkdaşlığının 20 illiyinə həsr olunmuş tədbirdə qeyd etmişdi ki, ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan gələn ildən etibarən bir sıra beynəlxalq təşkilatlarda donor ölkəsi qismində çıxış edəcək. Onun sözlərinə görə, Azərbaycan AİB-in Asiya İnkişaf Fonduna 2 mln. dollar, Avropa Yenidənqurma və İnkişaf Bankına 2 mln. dollar, Beynəlxalq İnkişaf Assosiasiyasına isə 3 mln. dollar ayıraraq donor qismində çıxış edəcək.

Ən sərfəli kredit üçün müraciət et

apa.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et