Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 1,8 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Banco.az-a bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,6% çoxdur.
İyun ayında isə qeyri-neft ixracının dəyəri 307,6 milyon ABŞ dolları olub. Bu da illik müqayisədə 13,8% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!