Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq məsələləri Astanada müzakirə ediləcək | Banco.az

Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq məsələləri Astanada müzakirə ediləcək

Martın 5-də Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclası keçiriləcək. İclasda ölkəmizi komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İclas çərçivəsində Hökumətlərarası Komissiyanın 19-cu iclasından ötən dövr ərzində görülmüş işlərin nəzərdən keçirilməsi, ticarət-iqtisadi, energetika, sənaye, tikinti, nəqliyyat və logistika, ekologiya, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə, gənclər siyasəti və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Qazaxıstan tərəfdən Komissiyanın həmsədri nəqliyyat naziri Marat Karabayevdir.

apa

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et