“Azərbaycan qaz ixracını 13 faiz artırıb” | Banco.az

“Azərbaycan qaz ixracını 13 faiz artırıb”

Bu ilin yanvar-fevral aylarında Azərbaycan qaz ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13% artırıb.

Bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb.

Nazirin sözlərinə görə, Azərbaycan Avropaya 1,9 milyard kubmetr həcmində qaz tədarük edib.

P. Şahbazov bildirib ki, bu müddət ərzində Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz ixrac olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et