Azərbaycan Mərkəzi Bankı (AMB) metal pul nişanlarının məhv edilməsi sisteminin satın alınması məqsədi ilə tender keçirir. "Report" xəbər verir ki, iddiaçılar tender təklifini və onun bank təminatını oktyabrın 21-nə qədər, digər sənədləri isə oktyabrın 13-nə qədər AMB-yə təqdim etməlidirlər.
Bundan başqa, tenderdə iştirak haqqı kimi qurumun hesabına 1 000 manat köçürülməlidir.
Tender proseduru oktyabrın 24-ü, saat 15:00-da AMB-nin Bakı şəhəri, Rəşid Behbudov küçəsi,90 ünvanında yerləşən inzibati binasında keçiriləcək.