Azərbaycan proqram təminatı satacaq | Banco.az

Azərbaycan proqram təminatı satacaq

Audatex-Azerbaijan” MMC avtomobillərin işlənmiş ehtiyat hissələrini satan sahibkarlar üçün proqram təminatı hazırlayıb. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şirkətin icraçı direktoru Zakir Kərimzadə deyib.

Onun sözlərinə görə, yeni proqram təminatı satıcılara imkan verəcək ki, onlar ehtiyat hissələrinin kodlarını birbaşa “Audatex” sistemindən özləri götürsünlər. 

Ən sərfəli kredit üçün müraciət et

“Hazırda bu proqram Fransada pilot layihə kimi tətbiq olunur. Əgər bir il ərzində hər hansı problem ortaya çıxmasa, həmin proqram təminatının digər ölkələrə də satılması mümkündür”, - deyə, Z.Kərimzadə bildirib.

Ən sərfəli krediti almaq üçün müraciət et